• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 794
— 23.11.2015 16:39

Dəm qazından zəhərlənmə zamanı ilk yardım necə edilməlidir?

Bu il ərzində dəm qazından zəhərlənmə ilə bağlı FHN-nin Gəncə Regional bölməsinə 38 müraciət daxil olub. Baş verən hadisələr nəticəsində 39 nəfər xəsarət alıb, 2 nəfər isə dünyasını dəyişib. Həkimlərin sözlərinə görə bütün bayılmaların səbəbi heç də dəm qazı deyil, bu kimi hallar hamam otaqlarının kiçikliyi və orada nəfəsliklərin qapalı olmasından da yaranır. Faciəvi sonluqla üzləşməmək üçün hər bir vətəndaş Təcili Tibbi Yardım avtomobili gələnədək xəstəyə ediləcək ilkin yardımları bilməlidir.

Marina Həsənova- Gəncə Şəhər TTYX-nın baş həkimi müavini: "İlk növbədə xəstəni havaya çıxarmaq lazımdır. Həmin vaxt qıcolma baş verə bilər. Qıcolma zamanı xəstənin əsasən baş nahiyəsi qorunmalıdır ki, bayılarsa travma almasın".

Zülfiyyə Telmanqızı