• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 23.11.2015 16:52

Tovuz rayonunda bədbəxt hadisə baş verib

Tovuz rayonunun Düzqırıqlı kəndində bədbəxt hadisə baş verib. Aşağı Quşçu kənd sakinləri parkın ərazisində ayaqyolu üçün alternativ quyu qazan zaman digər quyunu zədələyiblər. Boşluğa dolan qaz 49 yaşlı Azad Mürşüdov və 58 yaşlı Zaman Musayevin ölümünə səbəb olub. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım avtomobilləri çağırılıb. Meyitlər quyudan çıxarılaraq,  Tovuz Rayon Patoloji Anatomiya Birliyinə göndərilib. Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.  

Rahim İbrahimoğlu