• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 796
— 23.11.2015 08:43

Hərəkətdə olan avtomobil qəfil alovlandı

Magistralda hərəkətdə olan avtomobil qəfildən alovlandı. Hadisə Qazaxın Ürkməzli kəndində baş verib. Rayonun Çaylı kənd sakini Ramin Şıxıyev "Vaz 21-06" markalı avtomobili ilə adıçəkilən kənddən qayıdarkən mühərrikin alovlandığını görüb. Sürücü vaxtında avtomobildən düşərək, canını alovdan xilas edə bilib. Avtomobili söndürmək üçün hadisə yerinə Qazax YMH-nın avtomobil və canlı qüvvəsi çağırılıb. Yanğınsöndürənlər alovu tez bir zamanda ram edərək baş verə biləcək partlayışın qarşısını ala biliblər.  Hadisənin səbəbləri araşdırılır. 

Rahim İbrahimoğlu