• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 804
— 22.11.2015 22:05

Tovuzda silahla ehtiyatsız davranma 1 nəfərin xəsarət alması ilə nəticələnib

Tovuz rayonu, Yoğun bulaq kənd sakini 25 yaşlı Toğrul Məmmədov özunə məxsuz ov silahı ilə ehtiyatsız davranaraq özünü yaralayıb. Xəsarət alan 25 yaşlı gənc əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, ordan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrəhiyyə şöbəsinə yerləşdirilib.

Ona döş qəfəsinin daxilə keçən odlu silah yarası diaqnozu qoyulub və əməliyyata götürülüb

Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırılma aparılıb.

Rahim İbrahimoğlu