• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 21.11.2015 16:31

Gəncədə bitki mühafizəsi mövzusunda seminar-müşavirə baş tutub

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidməti Gəncədə fermerlərlə və bu sahə ilə məşğul olan mütəxəssislərlə seminar-müşavirə keçirib. Tədbirdə “Bitki Mühafizəsinin müasir problemləri və fitosanitar tədbirlərin həyata keçirilməsinin elmi praktiki əsasları” müzakirə olunub.

Dövlət Fitosanitar Nəzarət Xidməti və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşəbbüsü ilə keçirilən seminar-müşavirədə respublika ərazisində kartof güvəsinin, yovşanyarpaqlı ambroziyanın yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi planları məruzə edilib. Tədbirdə kartof bitkisi əkinlərində və üzüm bağlarında inteqrir mübarizə tədbirləri, bu sahəyə firosanitar nəzarətin yaxşılaşdırılması yolları araşdırılıb. “Kənd təsərrüfatı ili” elan edilən 2015-ci il ərzində bitki mühafizə sahəsində görülən işlərə də nəzərə salınıb. Qeyd olunub ki, bitkiçilik məhsullarının kəmiyyəti və keyfiyyətinin göstəricilərinin yaxşılaşdırılması, pestisidlərin ətraf mühitə zərəli təsirinin minumuma endirilməsi və Respublika ərazisində fitosanitar sabitliyin qorunub-saxlanılması istiqamətində lazımi işlər görülüb.

Camal Quliyev– Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi: "Həyata keçirilən praktiki tədbirlərin nəzəriyyə ilə uzlaşdırılması baxımından işlər görürük. Bugünkü tədbirin əsas məqsədi ondan ibarətdir ki, bizim tələbələrin auditoriyada qazandığı təcrübələrin praktikada özünü neçə göstərdiyini öyrənək. Həmçinin, hansı praktiki göstəricilərin auditoriyada tələbələrə çatdırılması vacib şərtlərdən biridir".

Seminar-müşavirənin sonunda bitki mühafizəsində geniş miqyasda istifadə olunan  müasir tipli və ultra kiçik tipli çiləyici aqreqatlar nümayiş olunub.

Xaliq Qurbanlı