• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 20.11.2015 17:30

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti fermerlərə yeni xidmət təklif edir

Artıq kənd təsərrüfatı texnikalarını əldə etmək istəyən fermerlərə yerlərdə səyyar xidmət göstəriləcək. Xidmətin əsas məqsədi lizinq obyekti olan kənd təsərrüfatı texnikalarının sənədləşmə işlərinin yerlərdə aparılması və vaxt itkisinin qarşısını almaqdır. Bu gün Gəncə “Aqrolizinq”in bazasında keçirilən tədbirdə 100-ə yaxın fermerə texnikaların sənədləri təqdim edilib. Sabah isə Tovuz rayonunda 106 fermerə sənəd təqdim ediləcək. Ümumilikdə “Aqrolizinq”ə daxil olan 4637 elektron müraciətin 3651 -i dəyərləndirilərək 11 489 kənd təsərrüfatı texnikası fermerlərə təqdim olunub.

Vəfa Şairov