• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 18.11.2015 17:19

Gəncədə təşkil olunan əmək yarmarkasında 132 nəfər işə göndəriş alıb

Gəncədə keçirilən əmək yarmarkasında iş axtaranların 13 faizdən çoxu müxtəlif müəssisələrə göndərişlər alıb. İxtisası və bacarığına uyğun iş tapmaq istəyənlər üçün təqdim olunan boş iş yerləri üzrə təklif olunan əmək haqqının yuxarı həddi 700 manatı ötüb.

Teymur Vəliyev- işaxtaran: “Mən də bu yarmarkaya qatıldım. Özümə uyğun iş tapdım. Dedilər sənədini götür, sabah gəl. “SOCAR”da elektrik qaz qaynaqçısı”. 

Teymur Vəliyev kimi Gəncədə bu il üçün keçirilən ilk əmək yarmaqkasında 132 nəfər iş axtaran özünə uyğun işə göndəriş vərəqəsi alıb. 1000 nəfərə yaxın işsiz və iş axtaran vətəndaş peşəsinə uyğun boş iş yeri tapmaq üçün yarmaqkada iştirak edib.

Alı Həsənov- sakin: “Mən Gəncə Su- Kanal İdarəsinə müraciət etdim. Mənim ixtisasıma uyğun iş verdilər. Dedilər ki, sənədlərini gətir, gəl idarəyə”.

İş axtaranların özlərinə uyğun iş yeri barədə yarmarka keçirilən binanın qarşısında asılan löhvələrdən məlumat əldə etmək imkanı var idi. Təklif olunan boş iş yerlərinin 229-u dövlət, 147-si özəl təşkilatların payına düşüb.

Təşkil olunan əmək yarmarkasında 56 idarə və müəssisədən 400-ə yaxın boş iş yeri təqdim olunub. Təqdim olunan boş iş yerlərindən 36-ı dövlət, 20-i isə özəl təşkilatlara aiddir.

Yarmarkaya çıxarılan boş iş yerlərindən 113-ü fəhlə, 125-i qulluqçu, 138-i isə xidmət sahəsi ilə bağlı olub.

Abil Tağıyev- Gəncə şəhər Məşğulluq Mərkəzinin direktoru: “Gənc mütəxəssislərdi. Oxuyub, qurtarıb gəliblər. Bizdə olan vakant yerləri təqdim edirik. Onlar da öz seçimlərini edirlər. Bu gün əmək yarmarkasında peşəsini kim dəyişmək istəyirsə, biz onları kurslara yazırıq. Onlar 2-3 aylıq kurslara cəlb olunacaq”.

Yarmarkaya təqdim olunan iş yerlərində əmək haqqının məbləği minimum 143, maksimim 717 manat olub. Gəncə şəhər Məşğulluq Mərkəzində qeydiyyatda olan 925 nəfər işaxtarandan bu il 372 nəfəri işlə təmin edilib.

Elnur Vahidoğlu