• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 18.11.2015 12:23

Göygöldə işəgötürənlər maarifləndirilir

Göygöldə müəssisələr üzrə boş iş yerləri və onların orta aylıq əməkhaqları geniş təhlil edilib. Rayon Məşğulluq Mərkəzində dövlət və özəl müəssisələrin rəhbərləri ilə keçirilən növbəti görüşdə həmçinin gələcəkdə yaranacaq vakant iş yerləri barədə hesabatların vaxtında mərkəzə göndərilməsinin vacibliyi önə çəkilib.

Cari ilin 10 ayı ərzində Göygöl Rayon Məşğulluq Mərkəzində 373 nəfər işsiz kimi qeydiyyata alınıb. Onlardan 247-i münasib işlə təmin olunub, 11 nəfərə işsizlik statusu verilib, 12 nəfərə isə müavinət təyin edilib. 13 şəxs peşə kurslarına, 8 nəfər isə ictimai işlərə cəlb olunub. Boş iş yerləri barədə məlumatların vaxtında Məşğulluq Mərkəzinə göndərilməməsinə görə, bir neçə müəssisə cərimələnib.

Nazim Cəfərov- Göyöl rayon Məşğulluq Mərkəzinin direktoru: “Bizim tərəfimizdən müvafiq araşdırmalar aparılıb və 3 müəssisəyə cərimə protokolları tərtib edilib. Onlar Göygöl Su-kanal İdarəsi, “Qoşqar” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Göygöl Şərab-2” müəssisəsidir. Həmin müəssisələr boş iş yerləri barədə hesabatları gecikdirdikləri üçün şərti maliyyə vahidinin 40 misli dəyərində cərimə olunublar”.

Oktyabr ayının statistik göstəricilərinə görə, rayonda fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə 145 boş iş yeri var. Vakant yerlər üzrə orta aylıq əməkhaqqı isə 248 manat təşkil edir.

Natiq Hüseyn