• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4184
— 01.10.2014 17:30

Bakıda qadının əl çantasını oğurlamaq istəyən şəxs "iş başında" yaxalanıb

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 30-u saat 21:30 radələrində Qaraçuxur qəsəbəsi, Şadlınski küçəsində Bakı şəhər sakini Hamil Abuşov qəsəbə sakini Surayə Məmmədovanın əl çantasını götürüb qaçmaq istəyərkən Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb. Hazırda polis saxlanılan şəxsin digər bu kimi əməlləri törədib-törətmədiyini araşdırır. Faktla bağlı cinayət işi qaldırılıb.