• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1940
— 01.10.2014 17:59

Son bir ildə korrupsiya ilə bağlı 191 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib

Son bir il müddətində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 286 şəxs barəsində 191 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Bu barədə baş prokuror Zakir Qaralov açıqlama verib.

 

Baş prokuror qeyd edib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması üzrə görülmüş tədbirlər nəticəsində bu orqanın göstəricilərinin ildən-ilə daha da yüksəlməsi prosesi ötən dövrdə də davam edib. Belə ki, ötən bir il ərzində Baş İdarənin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə 5800-dən yuxarı müraciət daxil olub ki, onların baxılması nəticəsində müəyyən qismi əsaslı olduğundan müsbət həll edilərək vətəndaşların pozulmuş hüquqları bərpa edilib, bir sıra vəzifəli şəxslər intizam məsuliyyətinə cəlb edilib, 18 müraciət üzrə isə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər üzrə aparılan təhlil və ümumiləşdirmələr nəticəsində korrupsiya hallarının baş verdiyi sahələr müəyyən edilməklə onlar üzrə preventiv tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanıb göndərilib.