• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3773
— 01.10.2014 10:17

Avropa Voleybol Konfederasiyası kişi klublarının yeni reytinq cədvəlini açıqlayıb

Siyahı Azərbaycan üçün uğursuz alınıb. Belə ki, son 4 ildə komandalarımızın avrokuboklardan kənar qalması reytinq xalımızın 0-a düşməsi ilə nəticələnib. Bu səbəbdən də Azərbaycan cədvəldə xalsızların yer aldığı sonuncu – 35-55-ci yerlərə “şərikdir”.

 

Əgər kişi klublarımız yaranarsa və beynəlxalq arenaya çıxmaq “eşqinə” düşərsə həmin anda yalnız “Çelenc Cup”da 1 komanda ilə təmsil oluna bilərik. Təbii ki, bu da “wild card” sayəsində reallaşacaq. CEV kubokunda və Çempionlar Liqasında oynamağımız isə yaxın illərdə mümkün olmayacaq (ən azı yaxın 2 ildə).

 

Cədvələ Rusiya (435,34) başçılıq edir. İkinci yerdə İtaliya (403,34), üçüncü pillədə Polşa (396,67) qərarlaşıb.

 

Qeyd edək ki, kişilərin reytinq siyahısından fərqli, qadın komandalarımız ölkəmizi 4-cü yerə yüksəldib.