• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 30.09.2014 20:07

Sumqayıtda avtomobil oğurluğunda şübhəli bilinən tələbə saxlanılıb

Sumqayıt polisi oğurluqda şübhəli bilinən 18 yaşlı tələbəni saxlayıb. Polis “VAZ” markalı avtomobilləri qaçırmağı özünə hobbi seçən gəncin neçə maşın qaçırdığını araşdırır.

Sumqayıt polisi 5 ay ərzində avtomobil qaçırmaqla məşqul olmaqda şühbəli bilinən şəxsi yaxalayıb. 18 yaşlı Orxan Vəliyev şəhər ərazisindən “VAZ” markalı avtomobilləri qaçırıb. Tələbə olan Orxan bunu “VAZ” markalı avtomobil həvəskarı olması ilə izah edib. Vəliyev qaçırdığı maşınları yanacağı qurtarana qədər sürüb. Yanacaq harada qurtarıbsa avtomobili də orada saxlayaraq yoluna davam edib.

Orxan Vəliyev sonuncu dəfə tələbə yoldaşının avtomobilini qaçırandan sonra həbs edilib.

Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin rəis müavini Füzuli Əhmədovun sözlərinə görə, saxlanılan şəxs avtomobilləri talama məqsədi olmadan qaçırıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.