• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 30.09.2014 20:02

Mingəçevirdə zorla qız qaçıran şəxs saxlanılıb

Mingəçevir şəhərində könüllü olmayaraq qız qaçırılıb.

Hadisə şəhərin Telekommunikasiya Qovşağı binasının yaxınlığında baş verib. Belə ki, 25 yaşlı Siyasət Məmmədov 17 yaşlı Nigar Adıgözəlovanı yol getdiyi məqamda zorla avtomobilinə mindirməyə çalışıb. Tərəflər arasında əlbəyaxa qarşıdurma yaranmasına baxmayaraq 17 yaşlı qız zorla maşına mindirilib. Avtomobil hərəkət etdikdə qapı açılsa da qızın yerə enməsinə imkan verilməyib, maşın təqribən 100-150 metr qapısı açıq vəziyyətdə hərəkət edib və sonda qapılar bağlanaraq qız qaçırılıb.

Faktla bağlı Cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə iş başlanıb. Məmmədov Siyasət yaxalanaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.