• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 30.09.2014 20:01

Şəmkir sakini Şirvanda narkotik vasitə satmağa cəhd edərkən saxlanılıb

Şirvan polisinin keçirdiyi əməliyyat zamanı narkotik alverçisi tutulub. Ötən gecə Şəmkir rayonu Dağ daşbulaqlı kənd sakini, 24 yaşlı Dağıstan Hüseynov narkotik vasitə olan qurudulmuş marixuananı şərti alıcıya satmaq istəyərkən saxlanılıb. Onun üzərindəki bağlamaya baxış keçirilərkən 4,2 kiloqram yüksək keyfiyyətli, qurudulmuş marixuana aşkar edilib. Tanımadığı şəxsdən narkotik vasitələri alan 24 yaşlı Şəmkir sakini həmin narkotik vasitəni Şirvan şəhərinə gələrək orda tanımadığı birnə sataraq onun müqabilində 3 min manat qazanc əldə edəcəyinə inanıb. Elə bu şirin vəd onun bu əməli həyata keçirməsinə səbəb olub.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.