• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3752
— 30.09.2014 15:55

Futbol üzrə Azərbaycan yığmasının heyəti bəlli olub

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, ayın 13-də isə Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Bu oyunlardan öncə təlim-məşq toplanışı keçirəcək yığmamıza 25 futbolçu dəvət olunub. Almaniyalı baş məşqçi Berti Foqtsun heyətində zədəli Rəşad Sadıqovdan başqa, daha iki aparıcı oyunçu yoxdur. Vitse-kapitan Mahir Şükürov və Vaqif Cavadov “25-lik”də yer almayıb. Heyətə ən çox Qarabağdan futbolçu dəvət alıb. Ağdamlıların 5 oyunçusu yığmanın tərkibində olacaq. Qəbələ, Xəzər Lənkəran və Neftçinin 4, İnterin 2, Simurq və Sumqayıtın isə 1 futbolçusu millinin düşərgəsinə yollanacaq.

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev  (“Neftçi”).

 

Müdafiəçilər: Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev (hamısı “Qarabağ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Elvin Yunuszadə, Elnur Allahverdiyev (hər ikisi “Neftçi”), İlkin Qırtımov (“Simurq”), Ruslan Əmircanov (“Qəbələ”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə).

 

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Araz Abdullayev (“Neftçi”), Taşkın İltər (“Ayntraxt” Braunşveyq, Almaniya), Abdulla Abatsiyev (“İnter”).

 

Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev, Ağabala Ramazanov (hər ikisi “Xəzər Lənkəran”), Rüfət Dadaşov (“Saarbrükken”, Almaniya), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Məhəmməd Qurbanov (“Sumqayıt”).