• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4384
— 29.09.2014 18:07

Azərbaycanda toy vaya dönüb, ölən var

Ağcabədi rayonunda toy mərasimində baş verən dava zamanı ölən və yaralananlar var. İnsident haqqında daha ətraflı qarşıdakı videomaterialda...

 

Ağcabədi rayonunun Hacıbədəlli kəndində toyda dava düşüb. Baş verən dava nəticəsində 22 yaşlı Elnur Məmmədov və Elmidar İsmayılov bıçaqlanıb, Nizami Abbasov, Nəzakət Abbasova, Elmir Məmmədov isə döyülərək, müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.  Yaralılar Ağcabədi Mərkəzi rayon Xəstəxanasına gətiriliblər.  Nəzakət Abbasovanın özü, digər oğlu və daha bir neçə qohum da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qeyd edək ki, bıçaqlanan Elnur Məmmədovun həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanaya çatdırılarkən dünyasını dəyişib. Xəsarət alan Nəzakət Abbasovanın bildirdiyinə görə, onlar Bakının Suraxanı rayonundan bacısı oğlunun Ağcabədi rayonunun Hacıbədəlli kəndində keçirilən toy mərasimində iştirak etmək üçün gəliblər.

 

Nəzakət Abbasova- xəsarət alan şəxs: “Oğlanlarım toyda kömək edirdilər, birdən oğlum Elnur Məmmədovun bıçaqlandığını dedilər, ondan sonra ara qarışdı. Bıçaqlanan Elmidar İsmayılov da qardaşımın oğludur”.

 

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.