• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3600
— 29.09.2014 13:47

Göygöldə aşağı yaş qruplarının futbol üzrə ölkə birinciliyi start götürüb

AFFA-nın təşkiliatçılığı ilə keçirilən yarış qərb zonasını əhatə edir.

 

Çempionatda U-11 liqasında 7, U-12 və U-13 liqasında 8, U-14 liqasında isə 10 komanda birincilik uğrunda mübarizə aparır. Ümumilikdə 33 kollektivin iştirak etdiyi yarışda  Gəncənin 29, Göygölün 3, Kəlbəcərin isə 1-i təmsilçisi yer alıb. U 11 liqasında "Təhsil", "Bağman Tim", "Qoşqar", "Toxucu", "TİM", "Gənclərbirliyi" və "Gəncə" kollektivləri qüvvəsini sınayır. "TİM", "Kəpəz", "Gəncə", "UGİM", "Çinar", "Qoşqar", "Təhsil" həmçinin "Arzu"  U-12 liqasında top qovan komandalardır. U-13 liqasında "Gəncə", "Bağman TİM", "TİM", "Qoşqar", "Kəlbəcər", "Qala" "Gənclik" və "Gənclərbirliyi" birinci olmaq uğrunda yarışır. Nəhayət, ən çox komandanın iştirak etdiyi, U-14 liqasında isə "TİM", "Qala", "Gənclərbirliyi", "Kəlbəcər", "Gəncə", "Kəpəz", "UGİM", "Qoşqar", "Lokomotiv və "Arzu" futbolçuları çıxış edir.

 

Qeyd edək ki, bu ildən ilk dəfə keçiriləcək U-10 liqasının oyunları oktyabr ayından etibarən başlayacaq.