• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 29.09.2014 13:17

Göz xəstəliklərinin müalicəsi üçün xarici ölkələrə üz tutanlar: diqqətli olun!

Son zamanlar göz xəstəliklərinin  müalicəsi ilə bağlı xarici ölkələrə müalicə məqsədi ilə gedən vətəndaşlarımızın sayı artıb. Ölkənin qərb bölgəsində də bu say yetərincədir. Ən başlıca problem isə müalicə üçün əsasən İran İslam  Respublikasına və Gürcüstana gedən vətəndaşlarımız sonradan xəstəliyin müxtəlif ağır fəsadları ilə üzləşməsidir. Əksər hallarda Azərbaycandan gedən xəstələr üzərində yersiz əməliyyatlar aparılır ki, nəticəsi də çox ağır olur. Vətəndaşlarımızın üz tutduqları ölkələrdə  hüquqsuz olmaları, yəni bu dövlətlərin vətəndaşı olmamaları soydaşlarımızın öz hüquqlarını müdafiə etmələrinə də imkan vermir.