• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 29.09.2014 14:06

Nazir Səlim Müslümov Gəncədə vətəndaşların qəbulunu keçirib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Gəncədə vətəndaşların qəbulunu keçirib. Görüşdə Gəncə ilə yanaşı  Göygöl, Samux, Daşkəsən, Tərtər və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak edib.

Müraciətlər əsasən ayrı-ayrı təminat növləri, minik avtomobilləri və mənzil, reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı, əlilliyi olan şəxslərin bərpa-müalicəsi kimi məsələlərlə bağlı olub. Səlim Müslümov qəbula gələnləri dinləyərək müraciətlərdə əksini tapan məsələlərin qısa müddətdə araşdırılaraq qanunauyğun şəkildə tədbirlər görülməsi barədə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.

Səlim Müslümov- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri: "Edilən müraciətlər arasında mənzill və avtomobillə təmin olunma ilə bağlı məsələlər üstünlük təşkil edirdi. Müalicə müəssisələrinə göndərişlərlə bağlı məsələlər qaldırıldı. Bununla yanaşı yeni əlil arabası almaq istəyənlər vardı ki, dərhal onların əlil arabası ilə təmin olunmaları ilə bağlı tapşırıq verdik".

Dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbəyə yazılmaqla əlaqədar müraciət edən vətəndaşlara bununla bağlı Tibbi-Sosial Ekspetr Komissiyası tərəfindən müvafiq tibbi göstəriş almalı olduqları diqqətə çatdırılıb. Məşğulluqla bağlı müraciət edən vətəndaşların isə işlə təmin olunması ilə bağlı səslənən təkliflərin də həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Cavanşır Sadiqov- Qarabağ müharibəsi əlili: "Bizə nə lazımdır? Mənzillə, avtomobillə, işlə təmin olunmaq. Hazırlanan yeni konsepsiyaya uyğun olaraq Qarabağ müharibəsi əlilləri də işlə təmin olunacaqlar. Biz dövlətin qayğısını hiss edirik".

Qəbul zamanı səslənən bir sıra müraciətlər yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq təşkilatların rəhbərlərinə çatdırılması üçün qeydə alınıb.   

Gülnar Fazilqızı