• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 29.09.2014 14:02

Ağstafa şagirdləri “İlham Əliyev zirvəsi”nə yürüş ediblər

Ağstafa rayonunun Muğanlı kənd orta məktəbinin şagirdləri Keşikçidağ mağaralar kompleksini ziyarət edib. Prezident İlham Əliyev adına zirvəyə çatan yürüyüşçülər bu işin çətin və təhlükəli olmasına baxmayaraq, ölkənin tarixini öyrənmək baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Keşikçidağ mağaralar kompleksinə və 850 metr hündürlükdə yerləşən “İlham Əliyev zirvəsi”nə qədər gedib çıxmaq şagirdlər üçün ən böyük uğur idi. Ölkəmizin Gürcüstanla sərhəddində yerləşən bu abidələr kompleksi haqqında mütəxəssislər şagirdlərə geniş məlumat veriblər.

Bu abidələr kompleksində 70-dən çox mağara, sığınacaq yeri , 100-ə qədər ehtiyat su quyusu, ərzaq anbarları və iki alban məbədi var. Mədəniyyət qoruğunun direktoru bildirib ki, gələcəkdə əraziyə turistlərin cəlb olunması da nəzərdə tutulub.

Zəngin mağaralar qədim tariximizi özündə əks etdirən ən unikal maddi mədəniyyət nümunələri kimi bu gün də əhəmiyyət kəsb edir. Bu mağaralar kompleksinin yaşı erkən tunc, son dəmir dövrünə aid edilir.

Rahim İbrahimoğlu