• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 773
— 29.09.2014 13:55

Respublikada ilk dəfə olaraq Gəncə şəhərində 3 çoxmərtəbəli yaşayış binasının fasadı kərpiclə üzlənib

Bundan başqa şəhərin 10 küçə və prospektində də yaşayış binalarının, hasarların kərpiclə üzlənməsi başa çatıb.

Kərpicdən hələ keçmiş zamanlardan X-XII əsrlərdən başlayaraq tikintidə  geniş istifadə olunub.  Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir dövrdə  də tikintidə kərpicdən istifadə edilsin.

Gəncənin Şah İsmayıl Xətai prospektində yerləşən 3 çox mərtəbəli yaşayış binasının kərpic elementi ilə üzlənməsi başa çatıb. Burada kərpic elementi ilə üzlənəcək  binaların bünövrəsi 1 metr dərinliyində qazılaraq betonla bərkidilib. Həmçinin çoxmərtəbəli binaların bütün qapı və pəncərələri dəyişdirilib, eyvan müasir görkəmə salınıb. Ümumilikdə 4 min kv.metr ərazi kərpiclə üzlənib.

İlham Abdullayev- iş icraçısı: Gəncədə görülən əvəzolunmaz möhtəşəm işlər çərçivəsində Respublikamızda ilk dəfə olaraq Gəncədə çoxmərtəbəli yaşayış binalarının üzü kərpic elementi ilə üzlənir. Biz artıq 3 çoxmərtəbəli yaşayış binasının fasadını kərpic üzlüklə işləyib başa çatdırmışıq. Məqsədimiz odur ki, heç kimi təqlid etmədən memarlığımıza əsaslanaraq, Gəncəmizi yenidən gözəlləşdirək, bərpa edək”.

Bundan başqa şəhərin 10 küçə və prospektində hasarların, həmçinin  yaşayış evlərinin fasadının üzlənməsi də başa çatıb.  

İlham Abdullayev- iş icraçısı: “Prospekt və küçələrdə də evlərin üzləri kərpic elementi ilə üzlənir. Şəhər rəhbərliyinin nəzarəti altında görüdüyümüz işlərdə Gəncənin qədimliyi qorunur, şəhər müasir formaya salınır. Biz kərpic üzləmə işlərini görərkən Azərbaycanın, eləcə də Gəncənin bütün qədim ornamentlərindən  istifadə edirik. Bu da Azərbaycanın, eləcə də Gəncənin keçmiş memarlıq üslubunun yaşadılması deməkdir”.

Gələcəkdə görülən işlər çərçivəsində Gəncə şəhərində 42 çoxmərtəbəli binanın kərpiclə üzlənməsi nəzərdə tutulub. 

Elnur Vahidoğlu