• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 805
— 29.09.2014 11:57

Göygölün Qırıqlı kəndində yerləşən 8 saylı ruhi-əsəb təmayüllü internat evində aparılan təmir işləri yekunlaşıb

Göygöl rayonunun Qırıqlı kəndində yerləşən 8 saylı ruhi-əsəb təmayüllü internat evində son 1 ildə aparılan təmir-bərpa işləri başa çatıb. 18 yaşından yuxarı 140 nəfərin tam dövlət təminatı əsasında yaşadığı müəssisədə yeni park da salınıb.

ƏƏSMN-nin nümayəndələri nazirliyin nəzdində fəaliyyət göstərən internat evində sakinlər üçün yaradılan şəraitlə tanış olublar. İnternata sığınan insanların burada rəqs, ifaçılıq, musiqi, rəsm, tətbiqi sənət və digər dərnəklərdə öz bacarıqlarını sınaması üçün hər cür şərait yaradılıb. Onlar qazandıqları həmin bilik və bacarıqlarını müəssisənin açılış mərasiminə gələnlər qarşısında nümayiş etdiriblər.

Əjdər Cəbiyev– ƏƏSMN-nın aparat rəhbəri: “Əmək və əhalinin sosial müdafiəsi sayəsində görülən işlər müsbət təsir dairəsinin genişlənməsi baxımından çox yüksək qiymətləndirilə bilər. Bundan sonra da işlər görüləcək. Gələcəkdə də bu münasibət sivil qaydada davam etdiriləcək”.

Ruhi-əsəb xəstələrinin yaxınları ilə aparılan işlər nəticəsində təkcə bu il internat evinin 8 nəfər sakini doğma ailələrinə qovuşub. Göygöl rayonunun Qırıqlı kəndində yerləşən 8 saylı ruhi-əsəb təmayüllü internat evində yaradılan imkanlar qənaətbəxş hesab edilib.

140 nəfərin məskən saldığı sosial xidmət müəssisəsində sakinlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması, lazımi tibbi xidmətin göstərilməsi və s. məsələlər prioritet hesab olunur. Bu işlərin tərkib hissəsi olaraq müəssisənin ərazisində abadlıq və quruculuq işlərinin aparılması da vacib sayılıb.

Aymirə İsmayılqızı