• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3578
— 29.09.2014 10:23

Türkiyədə keçirilən bədii gimnastika üzrə dünya çempionatına yekun vurulub

Yarışın sonuncu günündə qrup komandaları iki dəst medal uğrunda mübarizə aparıb. Gürzlə hərəkətlərdə Azərbaycan yığması hakimlərdən aldığı qiymətlərə əsasən 8-ci olub. Gimnastlarımız daha sonra üç top və iki lentlə çıxış edib. Komandamız bu hərəkətdə də 8-ci nəticəni göstərib. Qrup kollektivlərinin yarışında İspaniya və Rusiya komandaları qələbə qazanıb.