• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4152
— 10.10.2015 10:06

Yanğınsöndürənlər peşə bayramlarını qeyd edirlər

Ölkəmizdə Yanğından Mühafizə Xidməti Azərbaycan Xalq Cümhuriyyəti dövründə, daha dəqiq desək, 1918-ci ildə yaradılıb. Xidmətin əsas inkişaf dövrü ötən əsrin 70-ci illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yanğın təhlükəsizliyi sahəsi daha sistemli şəkildə inkişaf etməyə başlayıb. Yanğından mühafizə xidmətinin maddi-texniki və normativ-hüquqi bazası möhkəmləndirilib, kadr ehtiyatının yaradılmasına, şəxsi heyətin peşəkarlığının artırılmasına xüsusi diqqət yetirilib.

Bu il isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, yaranmasının 97-ci ildönümünü qeyd edir. Böyük tarixi yol keçmiş Azərbaycan yanğınsöndürmə xidmətinin fəaliyyəti indi bütün ölkəni əhatə edir.

2002-ci il oktyabr ayının 5-də Ulu öndər Heydər Əliyev oktyabr ayının 10-nun “Yanğınsöndürənlərin peşə bayramı günü” kimi qeyd olunması haqqında Sərəncam imzalayıb. Həmin tarixdən etibarən hər il oktyabrın 10-u yanğınsöndürənlərin peşə bayramı kimi qeyd olunur.

Yanğından Mühafizə Xidmətinin də daxil olduğu Fövqəladə Hallar Nazirliyi isə insanların fövqaladə hallar zamanı düzgün qərarlar vermələri üçün ardıcıl olaraq, xususi təlimlər və marifləndirici tədbirlər həyata keçirir.

Elnur İmanov– FHN-in Gəncə Regional Mərkəzinin baş məsləhətçisi: “Ümummilli lider Heydər Əliyevin məşhur bir sözü var, “Bir hadisənin qarşısını almaq, hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır”. Bu kontekstdə çıxış edərək, demək olar ki, əhali arasında maarifləndirmə işlərinin aparılması çox vacib məsələdir. Bildiyimiz kimi, insanlar arasında maarifləndirmə işinin aparılması, insanların fəlakətlər haqqında məlumatlı olması, onların arzuolunmaz hadisələr zamanı davranışı bilmələrinə və arzuolunmaz nəticələrə gətirib çıxarılmasının qarşısını almasına kömək edir”.

Ümumiyyətlə, Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen  xarakterli qəzalardan və yanğından qorunması, bu cür hadisələrin aradan qaldırılması məsələrinin həll edən, həmçinin mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyəti orqanı olaraq, ölkə ərazisində baş verə biləcək fövqəladə hadisələrə nəzarət edir.

İsmayıl İsmayılov