Bu günə xəbərlərin oxunma sayı: 806
— 08.10.2015 10:36

İrəvan Dövlət Azərbaycan Dram teatrı cənub bölgəsində qastrol səfərindədir

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram teatrı cənub bölgəsinə qastrol səfərinə gəlib. Teatr kollektivinin Astara rayonundan sonra üz tutduğu ikinci ünvan Lənkəran olub.

İrəvan Dövlət Azərbaycan Dram teatrı qastrol səfər çərçivəsində Astara, Lənkəran, Cəlilabad, Sabirabad, Saatlı, Imişli və Ağcabədi rayonlarında tamaşaçı qarşısına çıxmağı planlaşıdırıb. Qastrol səfərlərdə teatr truppası ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Nurlu ömrün anları” mənzum tamaşasını nümayiş etdirir. Teatrın direktoru İftixar Piriyev deyir ki, teatr repertuarında siyasi tamaşalara, vətənpərvərlik ruhunda olan əsərlərə geniş yer verir. Bu əsər də onların sırasında özünəməxsus yer tutur.  Tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi olan İftixar Piriyev bölgələrdə təşkil olunan qastrol səfərin əhəmiyyətindən danışdı

İftixar Piriyev- İrəvan Dövlət Azərbaycan Dram Teatrının Direktoru: “Bugünki problemlərimizin kontekstində, yəni ölkəmizdə Qarabağ məsələsi qarşı-qarşıya olduğu bir məqamda Azərbaycan xalqında vətənpərvərlik ruhunun oyadılması, onun həmişə dinamik şəkildə saxlanması məqsədi daşıyır.”

Tamaşada rolları Ceyhun Əliyev, Vaqif Kərimov, Esmira Şahbazova, Niyaməddin Səfərəliyev, Əjdər Zeynalov, Şəbnəm Cəbrayılova, Ramiz Nəsirov və başqaları ifa edirlər. Qeyd edək ki,  qatsrol səfər “Heydər Əliyev irsini öyrənirik” devizi altında həyata keçirilir.

Gülşən Zabitqızı