• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 740
— 30.09.2015 18:02

Kürdəmirdə 4 otaqlı ev əşyaları ilə birgə yanıb

Bu gün saat 10:00 radələrində Kürdəmir rayonu, Əliağa Vahid küçəsində  Valeh Əşrəf oğlu Əliyevə məxsus fərdi yaşayış evində yanğın baş verib. Ümumi sahəsi 162 kvadratmetr olan 4 otaqlı evin 1 otağı 14 kvadratmetr sahədə əşyalarla birlikdə yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi gəlib. Alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb. Hadisəyə elektrik naqillərində baş verən qısaqapanmanın səbəb olduğu deyilir.

Ruhəngiz Hacızadə