• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3751
— 27.09.2014 13:01

Voleybol üzrə milli komandamız Belçika yığmasına məğlub oldu

Bir günlük fasilədən sonra İtaliyada qadın voleybolçular arasında keçirilən dünya çempionatı davam edir. Bu gün qrup mərhələsində IV turun oyunlarına start verilib.

 

Millimiz mundialda 3 oyundan sonra cəmi 1 qələbə qazanan Belçikanı sınağa çəkib. Avropa təmsilçisi üzərində qazanılacaq qələbə yığmamızın növbəti mərhələyə çıxması üçün əla şans yaradacaqdı. Çünki qrupun digər matçlarında Puerto-Riko ilə Kubanın güclü rəqiblərinə yeniləcəyi şübhə doğurmurdu. Ancaq komandamız rəqibinə 0:3 hesabı ilə yenlib. Beləliklə, Belçika millisi qazandığı 3 xalla yığmamızı III pillədən endirib.

 

Qeyd edək ki, millimiz buna qədər Yaponiya və Puerto-Rikonu 3:2 hesabları ilə məğlub edib. Komandamız yeganə yenilgisini qrup lideri Çindən alıb – 0:3.

 

DÇ-2014
D qrupu
27 sentyabr

 

Belçika – Azərbaycan - 3:0 (25:21; 25:12; 25:21)

 

20:10 Yaponiya – Puerto-Riko

23:00 Çin - Kuba