• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 29.09.2015 18:39

Yol terroru davam etməkdədir

Ötən gecə yenə ölkənin müxtəlif rayonlarında yol qəzaları baş verib. Göyçay, Zaqatala və Quba rayonlarında baş verən qəzalarda 1 nəfər dünyasını dəyişib.

Ölümlə nəticələnən yol qəzası Quba rayonunda qeydə alınıb. Quba-Qonaqkənd yolunun II Nügədi kəndi ərazisində rayon sakini, 24 yaşlı Nəsib Qubatov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 79 yaşlı Mirzəliyeva Sərfinaz Şirinbəy qızını vurub. Ağır bədən xəsarətləri alan qadın Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Daha bir yol nəqliyyat hadisəsi baş verib. Hadisə Quba – Pirvahid yolunda qeydə alınıb. Quba rayonu, Birinci Nügədi kənd sakini Xəlifəyev Fəxrəddin İmaməddin oğlunun idarə etdiyi “VAZ 21 07” markalı maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü xəsarət almasa da maşında olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Rusiya Federasiyasının Astarxan vilayətinin sakinləri olduğu bildirilir.

Zaqatalada baş verən yol qəzasında da üç nəfər xəsarət alıb. Hadisə axşam saatlarında rayonun Faldar kəndinə aparan yolda baş verib. Kənd sakini, Əfrayim Mustafayev idarə etdiyi “VAZ 2106” markalı avtomobilli, hələlik adı məlum olmayan digər sürücünün idarə etdiyi “VAZ 21011” markalı avtomobillər qəza törədib.  Avtomobillərdən biri qoz ağacına çırpılıb, digəri isə yolun kənarındakı kanala düşüb. Qəzada Əfrayim Mustafayev və onun sərnişinləri-rayonun Faldar kənd sakini 18 yaşlı  Namidar Sofiyev və Qandax kənd sakini Bahiddin Abdulhəşimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Göyçay rayonunda da 3 nəfərin xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.  Mehdi Hüseynzadə “VAZ 2109” və  “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki avtomobildə olan sərnişinlər xəsarət alıblar. Yaralılar təcili və təxirəsalınmaz tibbi yardım maşını ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanların adları hələ ki, məlum deyil.  Bütün faktlarla bağlı araşdırmalara başlanılıb.

Vəfa Şairova