• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 24.09.2015 15:13

Tovuzda ticarətlə məşğul olan qadını faciəvi şəkildə öldürdülər

Tovuz rayonunun Qovlar qəsəbəsində küçə ticarəti ilə məşğul olan qadını avtomobil vuraraq öldürüb. "Vaz 21-06" markalı avtomobilin sürücüsü rayonun Köhnə qala kənd sakini 25 yaşlı Elgün Həsənov idarə etdiyi maşında yaranan nasazlıq nəticəsində sükana hakim ola bilməyərək onu yol kənarındakı ağaca vurub. Bu zaman orada küçə ticarəti ilə məşğul olan 59 yaşlı Almaz Hüseynova avtomobillə ağacın arasında sıxılaraq dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.

Rahim İbrahimoğlu