• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 22.09.2015 14:25

Samuxda bəzi kəndlərə çəkiləcək qaz xətti Kür çayından keçəcək

Samux rayonunun  kürqırağı kəndlərinin qazlaşdırılması işi sürətləndirilib. Kənddaxili işlər yekunlaşıb. Mənzillər sayğacla təchiz edilib. Kəndlərin qazlaşdırılması üçün əsas məsələ Kür çayından qaz xəttinin keçirilməsi idi ki, həmin proses də uğurla başa çatdırılıb. Sağ sahildən sol tərəfə 600 metr uzunluğunda boru çaydan keçirilməklə tənzimləyiciyə çatdırılıb. İşlərin gedişi ilə tanış olan rayon rəhbərliyi yerli sakinlərlə görüş keçirib. Yenikənd, Lüksemburq və Qırmızı Samux kəndlərinin qazlaşdırılması üçün Sarıqamış qazpaylayıcı stansiyasından 23 kilometr daşıyıcı xətt çəkilib. Yaxın vaxtlarda hər üç kəndə ilk dəfə olaraq mavi yanacaq veriləcək. SSRİ dövründə qazla təmin edilməyən bu ərazilərə Kür çayından keçməklə xəttin çəkilməsini əhali bayram kimi qeyd edir.

Fəxrəddin Baxışəliyev- sakin: “Soyuqda hamı yığılıb bir otağın içində yaşayırdı. Çox çətinliklərimiz var idi. Elə bilirəm ki, biz bu il isti otaqlarda yaşayacağıq”.

Natiq Hüseyn