• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 19.09.2015 12:24

Mal-heyvan bazarında qiymət dəyişikliyi hökm sürür

Qurban bayramı öncəsi əksər mal-heyvan bazarlarında olduğu kimi Göygöl rayonu ərazisində yerləşən alış-veriş məkanında da qiymət artımı müşahidə olunub. Bu il də satıcılar müştəri qıtlığından, alıcılar isə qiymət artımından şikayətlənir.

Qurban bayramı öncəsi Göygöl rayonu ərazisindəki mal-heyvan bazarında canlanma müşahidə olunur. Bayramı fürsət bilən bəzi işbazlar qiymətləri süni şəkildə qaldırıb.

Alıcılar deyir ki, əvvəlki həftələrlə müqayisədə bugün qiymətlərdə ən azı 20 manat fərq var.

Alıcılardan fərqli olaraq satıcılar qiymətlərin dəyişmədiyini, müştərilərin isə azlığından gileylənir.

Qeyd edək ki, hər il Qurban bayramı öncəsi bazarlarda canlanma müşahidə olunduğundan qiymətlər dəyişir. Buna görə də bayram tədarükü əvvəlcədən edilsə yaxşıdır.

 

Natiq Hüseyn