• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 18.09.2015 16:11

Tovuzda ilk dəfə yetişdirdi, xeyli məhsul götürdü

Tovuzda ilk dəfə olaraq patisson bitkisi yetişdirilib. El arasında boşqababənzər qabaq adlandırılan patisson suya tələbatının az, məhsuldarlığının isə bol olması ilə fərqlənir.

Tovuz rayonunun Azaflı kənd sakini Tofiq Mədətov 6 il bundan öncə dostunun ona hədiyyə etdiyi patisson toxumunu əkərək becərməyə başlayıb. Suyadavamlı olan patisson Azaflıda ilk dəfə becərilsə də xeyli məhsuldarlığı ilə seçilib. Kənd sakininin sözlərinə görə, may ayından çiçəkləyən patisson, havalar soyuyana qədər 400-500 kiloqrama yaxın məhsul verir. Tofiq Mədətov gələcəkdə bitkini açıq sahələrdə becərməyi və paytaxt bazarlarına çıxarmağı da düşünür.

Patissondan ət qiyməsi ilə birlikdə dolma da hazırlanır. Bundan başqa onu konservləşdirir və sirkəyə qoyurlar.

Rahim İbrahimoğlu