• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 17.09.2015 15:20

ADAU-da keyfiyyətli buğda sortları üzərində iş aparılır

Oktyabr ayından payızlıq taxıl əkininə başlanacaq.  Ötən illərlə müqayisədə bu il fermerlər yerli sortlara daha çox üstünlük verir. Bu səbəbdən ADAU-da keyfiyyətli buğda sortları üzərində iş aparılır.

ADAU tərəfindən Dövlət Sort Sınaq Komissiyasına təqdim olunan “Qırmızı buğda 1” və “Nurcahan” buğda sortları sınaqdan keçirilir. “Qismət tritikale” sortu isə rayonlaşmaq üzərədir. Fermerləri  yerli sortlarla təmin etmək üçün toxum fondunun yaradılması ilə bağlı iş aparılır.

Firudin Qurbanov- ADAU-nun taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasının müdiri: ““Nurcahan” buğda sortunun toxumunu respublika üzrə 8 zonaya göndərmək üçün hazırlayırıq. Bizim elmi işçilərimiz onun toxumunun hazırlanması ilə məşğuldurlar.  Eyni zamanda ötən il fermerlərlə müqavilə əsasında əkilmiş toxumların çeşidlənməsi ilə məşğuluq. Ümid edirik ki, fermerlərimizi yeni yaradılmış sortlarla təmin etməyə çalışacağıq”.

Keçirilən görüşlərdə fermerlərə yüksək göstəricilərə malik buğda sortlarının məhsuldarlığı ilə seçildiyi izah olunur. Bu isə xaricdən gətirilən, mənşəyi məlum olmayan toxumlardan istifadənin qarşısının alınmasına öz müsbət təsirini göstərir.

Vüsalə Camal