• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 16.09.2015 13:04

Şəmkirdə quldur, Bakıda cibgir tutulub, Tovuz polisi isə quldurluqda şübhəli bilinən şəxsin axtarəşlarını davam etdirir

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Qaracəmirli kənd sakinləri 79 yaşlı Qəzənfər Hacıyev və onun həyat yoldaşı 73 yaşlı Roza Hacıyevanı ölümcül yaralayan şəxs müəyyən edilərək saxlanılıb. Məlum olub ki, hadisəni Hacıyevlərin həmkəndlisi 19 yaşlı Ülfət Məmmədov törədib. İlkin dindirilmə zamanı Ülfət Məmmədov əməlini etiraf edib və cinayəti tamah məqsədilə törətdiyini bildirib.

Ülfət Məmmədov saxlanılan şəxs: "Əvvəlcə kişi alt paltraında qabağıma çıxdı. Kişiyi vurdum sonra qadın çıxdı onu vurdum. Sonra 2 cavan adam gəldi. Biri məni vurdu burnum qanadı. Məni VAZ 2107 ə otuzduraraq aparmaq istəyərkən qaçdım".

Tovuzda bənzər hadisə yaşanıb. Rayonun Alakol kəndində 54 yaşlı İsax İsayevin evinə girən iki maskalı şəxs onun əl-ayağını bağlayaraq pul tələb edib. Qənimətin yerini öyrnənməyə çaılışan "qəhrəman"lar ev sahibinə boğaz və çiyin nahiyəsindən xəsarət yetiriblər. Evdə iki qızı ilə yaşayan İsax İsayev Qaz İstismar Sahəsində çalışır. Zərərçəkənin qohumlarının sözlərinə görə, evə daxil olan şəxslər onun əl-ayağını bağlayaraq qırx manat pul və qızıl sırğa götürdükdən sonra aradan çıxıblar. Zərərçəkən İsax İsayev yaxınlarının köməyi ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Paytaxtda isə 57 yaşlı cibgir tutulub. Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxtda yerləşən ticarət mərkəzlərində və ictimai nəqliyyatda cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Bakı sakini Abbasağa İzətullayev tutulub. “Qoca” ləqəbli cibgirin üzərindən 0,744 qram tiryək də aşkar olunaraq götürülüb. O, indiyədək nə az, nə çox – düz 9 dəfə məhkumluq həyatı yaşayıb.

Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.

Natiq Hüseyn