• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 14.09.2015 13:12

Gədəbəydə kartof yığımına başlanılıb

Respublikanın əsas kartof əkininin həyata keçirildiyi Gədəbəydə məhsul yığımına başlanılıb. Hər il daha çox sahədə kartof əkən kəndli və fermerlər, bu il də ötən illə müqayisədə 100 hektar  çox kartof əkiblər. Artıq 10 gündən çoxdur ki, rayonda kartof yığımına start verilib. İşlər  xüsusi texnikalar vasitəsi ilə aparılır ki, bu da məhsulun vaxtında və itkisiz toplanmasına imkan yaradır. Fermerlər bildirir ki, havaların quraq keçməsi məsuldarlığa nisbətən də olsa öz mənfi təsirini göstərib. Lakin sahələrdən nəzərdə tutulan miqdarda məhsul götürmək mümkün olacaq. Ötən il rayonda 12202 hektar ərazidə kartof əkini aparılıb və 142 min 763 ton məhsul əldə edilib. Bu il isə 1300 hektardan artıq sahədə əkin aparılıb və ötən illə müqayisədə daha çox məhsul götürülməsi planlaşdırılır. Məhsul yığımı ayın sonuna kimi davam edəcək.

Elton Cabbarlı