• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 14.09.2015 12:44

Tovuzda lobyanın məhsuldarlığı aşağı düşdü, qiymət bahalaşdı

İsti və quraq keçən yay fəsli Tovuzda payızlıq lobyanın məhsuldarlığına öz təsirini göstərib. Rayonun ən çox lobya becərən Bayramlı kəndində bu il göstəricilər ötən ilə nisbətən 5-6 dəfə aşağı düşüb. Sakinlər bildirir ki, ötən il 20-30 sot sahədən 500-600 kq məhsul götürürdülərsə, bu il bu rəqəm 100-150 kq-a düşüb. Bu vəziyyət lobyanın bahalaşmasına da səbəb olub. Hazırda Bayramlı sakinlərindən 1m-1m.30 qəpiyə alınan bitki bazarlarda 2 manatdan da baha satılır. Tovuzda bu il 1600 hektardan çox tərəvəz bitkiləri becərilib ki,onun da 25 hektara yaxını lobyanın payına düşür.

Rahim İbrahimoğlu