• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 24.09.2014 13:19

Sentyabrın 26-dan 28-dək Dağıstanın Kaspiysk şəhərində sərbəst güləşçilər arasında beynəlxalq turnir düzənlənəcək

Yarış Rusiya Federasiyasının qəhrəmanı, general-mayor Məhəmməd Ömərovun xatirəsinə həsr olunub.

Beynəlxalq turnirdə 1994-1996-cı il təvəllüdlü güləşçilər döşək üzərinə çıxacaq. Yarışda sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcək. Məşqçilər Rövşən Umudov və Nazim Əlicanovun rəhbərliyi altında 7 çəki dərəcəsində 9 güləşçimiz qonşu ölkəyə yollanacaq. Respublikamızı yarışda Arif Hüseynov, Mircəlal Həsənzadə, Vurğun Əliyev, Qitinomaqomed Hacıyev, Hacımurad Ömərov, Məhəmməd Abdulxaliqov, Turxan Qurbanov və Oyan Nəzəriani təmsil edəcək. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı iştirak edəcək.