• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 24.09.2014 13:14

Ümumdünya Boks Təşkilatı - WBO-nun sentyabr ayı üçün yeni reytinq cədvəli açıqlanıb

“Qəbələ” idman klubunun üzvü Fariz Məmmədov açıqlanan yeni siyahıda mövqeyini gücləndirib.

 

Məmmədov hələ iyunun 8-də almaniyalı Mattias Pelkə nokautla qalib gəlib WBO-nun Avropa kəmərinə sahib çıxmaqla orta yüngül çəki dərəcəsində dünyanın ən güclü 10 boksçusu sırasına düşüb. İndi idmançımız avqust ayı ilə müqayisədə mövqeyini daha da yaxşılaşdırıb.


Ötən ay doqquzuncu yerdə olan dəri əlcək ustamız sentyabrda bir pillə də irəliləyib və hazırda öz çəki dərəcəsi üzrə dünyada səkkizincidi.

 

Bu çəkidə reytinq cədvəlinə mütləq dünya çempionu, meksikalı Xuan Manuel Markes başçılıq edir. Namibiyalı Betyuel Uşuna ikinci, amerikalı Timoti Bredli isə üçüncüdü.