• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3996
— 26.09.2014 19:31

Paytaxtda qanlı olay yaşanıb

Ötən axşam paytaxtın Nərimanov rayonunun ərazisində qanlı hadisə baş verib. Gənclər arasında yaranan mübahisə birinin ölümü ilə başa çatıb.

 

Hadisə  Nərimanov rayonu Müzəffər Nərimanov küçəsi 4 ünvanında, Ulduz metrostansiyasının yaxınlığında baş verib. Hüseynov Yasin Laçın oğlu aralarında yaranmış mübahisə zəminində tanışı 23 yaşlı Əkbərov Rahib Sahib oğlunun bud nahiyyəsinə bıçaqla xəsarət yetirib. Cinayəti törədən Yasin Hüseynov hadisə yerindən qaçaraq istintaqdan yayınmaq istəyib. Yaralı Rahib Əkbərov isə təcili tibbi yardım maşını ilə bir saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da çoxlu qan itirdiyindən həkimlər ona heç bir köməklik göstərə bilməyiblər. Rahib Əkbərov xəstəxanada dünyasını dəyişib. Cinayəti törətməkdə şübhəli bilinən Yasin Hüseynovu isə 17-ci polis bölməsinin əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər. Hələlik qətlin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət məcəlləsinin 120.1- qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.