• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4073
— 26.09.2014 18:59

Bakıda külli miqdarda dələduzluq faktının üstü açılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində Bakı şəhər sakini Sevda Vəliyevanın 2009-2012-ci illər ərzində həmyerliləri Rəna Nuriyevanın, Səbinə Mahmudovanın, Fəridə Əhmədxanovanın, Ətrabə Lətifovanın, Sevil Kərimovanın və Sona Qarayevanın etimadlarını qazanaraq müvafiq olaraq onlardan 15000, 5000, 22500, 15000, 20000 və 5000 manat alması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.