• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 11.09.2015 15:00

Samuxda təkrar əkinə başlanılıb

Bu il Samux ərazi kənd təsərrüfatı idarəsinin əhatə etdiyi rayonlarda əkilən 48 000 hektara yaxın taxıl sahəsindən 149 000 tona yaxın məhsul götürülüb. Bu da orta hesabla hektardan 31 sentner məhsuldarlıq deməkdir. Ötən illə müqayisədə 6 000- hektardan az ərazidə əkin aparılmasına baxmayaraq  10 000 tondan artıq məhsul götürülüb. Yığılan taxıl sahələrində isə təkrar əkin olaraq qarğıdalı və tərəvəz bitkiləri əkilib.

Adil Kərimzadə- Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin məsləhətçisi:  "Samux ərazi kənd təsərrüfatı idarəsinin əhatə etdiyi rayonlarda təkcə Samux rayonunda 137 hektarda ikinci əkin aparılıb. İkinci əkinlərin aparılmasında dövlət tərəfindən marağı artırmaq üçün birinci əkinlərdə yanacaq və sürtkü materiallarına tətbiq olunan yardımlar ikinci əkinlərə də tətbiq olunur".