• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4427
— 26.09.2014 17:54

Azərbaycan gömrükçüləri tərəfindən daha bir neçə qaçaqmalçılıq faktının qarşısı alınıb

Ölkəyə gətirilən məhsullar gömrükçülər tərəfindən müsadirə edilib.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşı Rafiq Alıyevin idarə etdiyi “Mercedes Benz Vito” markalı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük nəzarəti həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda arxa oturacaq və söykənəcək hissədə xüsusi düzəldilmiş gizli saxlanc yerlərindən 2000 qutu üzərində aksiz markası olmayan ”Marlboro” siqaretləri aşkar olunaraq götürülüb. Spirtli içkilərin və tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı daha bir fakt isə Gəncə və Sumqayıt Gömrük İdarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində aşkar edilib. Əməliyyat zamanı Gəncə şəhər sakini 30 yaşlı Toğrul Əskərovun idarə etdiyi VAZ 21074 markalı avtomobilə baxış keçirilmiş və avtomobilin salonundan üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan xaricdə istehsal olunan 176 ədəd araq, 2 ədəd viski, 8 ədəd şərab, 13 enerji içkisi, eyni zamanda müxtəlif markalı 564 qutu siqaretlər aşkar edilərək götürülüb. Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda isə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə vətəndaşı Sabuncu Tanerin idarə etdiyi “Mercedes Benz” markalı yük avtomilinə gömrük baxışı keçirilib. Gömrük baxışı zamanı avtomobildən invoysda göstərilməyən və gömrük orqanına düzgün bəyan olunmayan 14 adda 94 min 271 ədəd elektrik, santexnika avadanlıqları və tikinti malları aşkar olunub. Bütün faktlar üzrə təhqiqat aparılır.