• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4223
— 26.09.2014 18:54

Gülüş 5 uşaq anasını həyatından etdi

Gülüş ömrü uzaldır deyillər, İsmayıllıda isə gülüş 5 uşaq anasının həyatı bahasına başa gəlib. İsmayıllı rayon prokurorluğundan verilən məlumata əsasən, hadisə sentyabrın 24-ü axşam saat 20:00 radələrində İsmayıllı rayonunun Girki kəndində qeydə alınıb. Kənd sakini Qarayev Şöhrət Qarayeviç həmkəndlisinin ad günündə içib. Evə qayıdarkən həyat yoldaşı ilə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib. Şöhrət arvadını bir neçə gün öncə qonşuluqdakı kişiyə baxıb güldüyünü əsas gətirərək, əməlli-başlı döyüb. Müxtəlif dərəcəli xəsarətlər alan Vəliyeva Hilalxan Əlçin qızı xəstəxanaya yerləşdirilib. Zərbələrin çoxunu baş nayihəsindən alan gəlinin həyatını xilas etmək üçün həkimlər səy göstərsə də bu mümkün olmayıb. O, ötən gün vəfat edib. Xatırladaq ki, cütlüyün 5 övladı var. Ən kiçik uşaqları 20 gün öncə dünyaya gəlib. Faktla bağlı araşdırma aparılır.