• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 09.09.2015 10:28

Göygöldə 44 nəfər işlə təmin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti işsizliyin aradan qaldırılması ilə bağlı növbəti əmək yarmarkasını Göygöl rayonunda keçirib. Rayon Məşğulluq Mərkəzində təşkil olunacaq yarmarkaya 104-ü dövlət, 42-i qeyri dövlət, 21-i isə fiziki şəxslərə aid iş yerləri çıxarılıb. Ümumilikdə 31 müəssisədən 168  boş iş yeri təqdim olunub. Yarmarkaya çıxarılan iş yerləri üzrə orta aylıq əmək haqqı 180 manat təşkil edib. Gün ərzində müraciət edənlərdən 44 nəfərinə tövsiyə məktubu verilib. Rayon Məşğulluq Mərkəzindən verilən məlumata görə, bu ilin geridə qalan dövrü ərzində mərkəzə 280 iş axtaran müraciət edib. Onlardan 176 nəfəri münasib işlə təmin olunub. 11 nəfərə isə işsizlik statusu verilib.

Nazim Cəfərov- Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru: “Bu cür əmək yarmarkalarının keçirilməsi artıq ənənə halını alıb. Əsas məqsədimiz iş axtaranlarla işə götürənlərin dialoqunu yaratmaq və vətəndaşları münasib işlə təmin etməkdir. Sevindirici haldır ki, bu cür yarmarkalar vətəndaşların işlə təminatında müsbət rol oynayır”.

Natiq Hüseyn