• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 04.09.2015 12:53

Goranboyda günəbaxan bitkisinin məhsuldarlığı zəif olub

Bu il Goranboy rayonunda günəbaxan bitkisinin məhsuldarlığı aşağıdır. Fermerlərin sözlərinə görə, ötən il  hər hektardan 2 ton məhsul yığırdılarsa, bu il bu göstərici 700-800 kiloqrama düşüb. Bunun da səbəbi havanın quraqlıq keçməsi və xəstəliklər olub. Rayonda ümumilikdə 1900 ha ərazidə günəbaxan əkilib və məhsul yığımına avqustun 15-dən başlanılıb. Hazırda Goranlı kəndində məhsul yığımı həyata keçirilir. Günəbaxan əllə yığılsa da, döyülməsi, təmizlənməsi və çeşidlənməsində texnikadan istifadə ediləcək. Yığım ayın 20-dək qurtaracaq. Ancaq fermerlər hələ də yığdıqları məhsulu sata bilmirlər.

Şümşad İmamverdiyeva- fermer: “On beş gündür ki, günəbaxanı biçib yığmışıq. Ancaq alıcı qüvvəsi yoxdur, götürmürlər. Götürülən ən yaxşı günəbaxanları heç 40 qəpiyə almırlar. Çox güman ki, bəlkə gələcəkdə əkin bu ilə nisbətən az olacaq. Günəbaxanı sata bilmirik, fəhləyə pul verə bilmirik, çətinliyimiz var”.

Elnur Vahidoğlu