• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 750
— 02.09.2015 13:48

Qazaxda otun bolluğu qiymətlərə də təsirsiz ötüşmədi

Ötən ilin quraq keçməsi qərb bölgəsində fermerlərin ot tədarükünə də təsirini göstərmişdi, bu il isə tamam fərqli mənzərə yaranıb. Bölgədə həm ot çoxdur, həm də qiymətlər münasibdir. Qazax sakinləri bildirir ki, ən baha ot bağlaması 2 manat - 2 m 50 qəpiyə satılır. Bir iribuynuzlu inək üçün 150 kip nəzərdə tutan heyvan sahibləri 300 manata qış azuqəsini ala bilirlər. Rayon sakinləri ötən il bir ot bağlamasını 5-6 manata aldıqlarından mal-qaranın sayını azaltmağı nəzərdə tuturdular.

Qeyd edək ki, bu il yaz aylarında yağıntının çox olması otun bolluğuna səbəb olub.  

Rahim İbrahimoglu