• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 02.09.2015 13:31

Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun adı dəyişdirilib

Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun adı dəyişdirilərək Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Heyvandarlıq İnstitutu adlandırılıb. İnstitutda keçirilən müşavirədə bununla yanaşı, həyata keçirilməsi nəzərdə tutulan yeni planlar müzakirə olunub. Yeni qərara əsasən, Heyvandarlıq İnstitutunun fəaliyyət sahəsi də genişləndiriləcək. Artıq  Ağdam və Ağstafa Atcılıq zavodları qurumun tabeliyinə verilib. Damazlıq heyvanların  seleksiyasının aparılması üçün yaxın zamanda 300 başlıq qoyunçuluq, 200 başlıq qaramal və 10 min başlıq quşçuluq ferması yaradılacaq. Həmçinin institutda elmi işlərin daha müasir formada aparılması və respublikada ilk dəfə olaraq rüşeymin transplantasiyası üçün yüksək standartlara cavab verən laboratoriyalar yaradılacaq.

Famil Nəsibov- Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru: “Rüşeymin transplantasiyası günün tələbidir. Bu da süni mayalanmanın bioloji üsuludur. Mənim rəhbərliyim altında biz bu prosesi həyata keçirəcəyik. Gələn ayın ortalarından embrionların köçürülməsi üçün mütəxəssislərin hazırlanmasına başlanılacaq”.

Elton Cabbarlı