• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 25.09.2014 19:11

Qaradağ polisi 100 min manatlıq traktoru oğurlayan 20 yaşlı gənci saxlayıb

Qaradağ polisi tikinti şirkətinə məxsus traktor oğurlayan şəxsi saxlayıb. Araşdrıma zamanı məlum olub ki, 20 yaşlı gənc bu kimi oğurluq əməllərini dəfələrlə həyata keçirib.

 

Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsinin əməkdaşları oğurluqda şübhəli bilinən Lənkəran sakinini tutublar. Saxlanılan Seyfəli Qasımzadə polisə ifadəsində tanımadığı şəxslə daha çox xırda oğurluqlar etdiyini deyib. Amma sonuncu dəfə dostunun məsləhəti ilə Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən “Qaraçay” tikinti şirkətinə məxsus 100 min manatlıq yükləyici avtomobili oğurlamaq istəyib. Saat 04:00 radələrində gözətçinin başının qarışıq olduğunu görən Seyfəli Qasımzadə nəqliyyat vasitəsini qaçırır. Salyan rayonunda polis postunu yüksək sürətlə keçməsi polis əməkdaşlarında şübhə yaradıb. Bundan sonra vəziyyətin mürəkkəbləşdiyini görən təqsirləndirilən şəxs avtomobili Neftçala rayonunun Cəngən kəndinə sürüb.

İstintaq yolu ilə müəyyən edilib ki, oğurlanan “New Holland W 170” markalı yükləyici avtomobil əzildiyindən şirkətə təxminən 3-4 min manat ziyan dəyib.

Faktla bağlı araşdırmalar davam edir.