• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 28.08.2015 15:21

Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə təcrübə stansiyasında yeni üzüm sortları üzərində işlər aparılır

Ötən illər ərzində 40-dan çox Amerika calaqaltıları öyrənilib, yeni hibrid sortlar yetişdirilib. 

Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə təcrübə stansiyasına daxil olan və Samux rayon Bağbanlar kəndi ərazisində yerləşən 40 hektarlıq ərazidə hazırda 9 yeni hibrid sortu yetişdirilir. Bu hibrid formalarının özəlliyi onların xəstəliklərə, ziyanvericilərə, şaxtaya və quraqlığa davamlı olmalarıdır.

Abidə Xəlilova-  Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə təcrübə stansiyasının şöbə müdiri: "Həm az vəsait tələb olunur, həm də ekoloji təmiz məhsul eldə edilir. O biri sortları ildə 8-9 dəfə kimyəvi məhlullarla dərmanlamaq lazimdır. Bu sortlarda isə yalnız zərərvericilərə qarşı mübarizə aparmaq kifayətdir".

Təcrübə stansiyasında yetişdirilən hibrid formalarından 6-sı Dövlət Sort Sınaq Komissiyasına təqdim edilib və Azəri və Göygöl sotrlarına müsbət rəy verilib. Bu sortlar eyni zamanda Fransa və İspaniyada beynəlxalq mükafata layiq görülüb.

Mehman İsmayılov- Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə təcrübə stansiyasının direktoru: "Gəncə Üzümçülük və Şərabçılıq  təcrübə stansiyasında aparılan elmi-tətqiqat işlərinin ən önəmlilərindən biri də tingçilik istiqamətidir. Gəncə Üzümçülük və Şərabçılıq  təcrübə stansiyasında 40-dan çox Amerika calaqaltıları öyrənilib. Onlardan 6-sı Azərbaycanda tövsiyyə olunub".

2020-ci ilədək Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq mövcud üzüm sahələrinin hazırki 17 mindən 50 min hektara çatdırılması hədəflənir.  

Gülnar Fazilqızı