• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 752
— 28.08.2015 14:50

“Aqrolizinq” ASC-nin Goranboy bölməsi biçin işini uğurla yekunlaşdırıb

“Aqrolizinq” ASC-nin Goranboy bölməsi bu mövsüm rayon ərazisində biçin işini uğurla yekunlaşdırıb. Bölmənin 23 kombaynı 100-ə yaxın fermer təsərrüfatlarının 176 min hektar sahəsində dənli bitkilərin yığımını aparıb. Bunların da 12 min hektarı arpa, 56 min hektarı isə buğdadır. Rayon ərazisində taxıl sahələrində hektara 30 sentner məhsul əldə olunub. Fermer təsərrüfatlarının müraciəti əsasında bölmənin texnikaları günəbaxan sahələrində məhsulun yığımında da iştirak edib və hazırda bu proses davam edir.

Taleh Hüseynov- “Aqrolizinq” ASC-nin Goranboy bölməsinin əməkdaşı: "Biçin tərəfimizdən optimal müddətdə keyfiyyətlə aparıldı. Rayon ərazisində biçin işlərimiz yekunlaşdıqdan sonra texnikalarımız ətraf rayonlara sifariş əsasında göndərildi. Rayonun texnikası olmayan fermer təsərrüfatının böyük əksəriyyəti bölməyə müraciət etdi".